Bakı, Şıxov
Digər
800 - 1500 AZN
Razılaşma əsasındaTam-ştat
Ali
25 fevral 2026
14 aprel 2026
İş yeri: Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi məkan işlək məkandır
İş qrafiki: Tam iş günü
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
• Qonaqların qarşılanmasını, SPA və Fitness bölməsində qeydiyyat prosesinin təşkili və təqdim olunan xidmətlər barədə ətraflı məlumatlandırılmasını təmin etmək;
• Bölmənin gündəlik fəaliyyətinə operativ nəzarət etmək, yüksək xidmət keyfiyyətini və qonaq məmnuniyyətini təmin etmək;
• Müştəri qəbulu və rezervasiya proseslərini koordinasiya və nəzarətdə saxlamaq;
• Tələb olunduqda qrup tədbirləri və korporativ müştərilər üçün SPA və Fitness mərkəzinin təqdimatını həyata keçirmək;
• Gəlirlərin artırılması məqsədilə yeni SPA və Fitness paketləri və kampaniyalar hazırlamaq və satışını təşkil etmək;
• Hotelin digər şöbələri ilə effektiv əməkdaşlıq və daxili kommunikasiya qurmaq;
• Şöbə əməkdaşlarının seçimi, təlimi və inkişaf prosesində iştirak etmək, komanda ruhunu və motivasiyanı gücləndirmək;
• SPA inventarının uçotuna nəzarət etmək, məhsulların daim xidmətə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
• Qonaqların qeydiyyat və çıxış proseslərinin xidmət standartlarına uyğunluğunu mütəmadi yoxlamaq;
• Şöbənin ümumi performans göstəricilərinə və hotelin nəticələrinə töhfə vermək.
Tələblər:
• Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
• Ali təhsil (bakalavr səviyyəsi);
• Kompüter və ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Micros POS sistemində işləmək bacarığı;
• SPA və ya Fitness sahəsində menecer vəzifəsində minimum 2 il iş təcrübəsi (üstünlükdür);
• Xoş görünüşlü, gülərüz, detallara diqqətli, liderlik və konfliktlərin həlli bacarığı olan;
• Aktiv, enerjili və kreativ düşüncə tərzinə malik namizəd.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “SPA və Fitness şöbəsinin meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bakıda və regionlarda ən son iş elanları və vakansiyalar www.hellojob.az vebsaytında!
İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.