Daxili nəzarət və təhlükəsizlik şöbəsinin rəisi

Daxili nəzarət və təhlükəsizlik şöbəsinin rəisi

Greencity
  • Şəhər

    Bakı, Şıxov

  • Kateqoriya

    Digər

  • Maaş

    800 - 1200 AZN

    namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    13 fevral 2026

  • Bitmə tarixi

    27 mart 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

              Vəzifə öhdəlikləri:

          •        Müəssisədə daxili nəzarət və təhlükəsizlik sisteminin qurulması, tətbiqi və davamlı təkmilləşdirilməsi

          •        Nəzarətçi və mühafizə heyətinin fəaliyyətinin koordinasiyası və effektiv idarə olunması

          •        Ərazi üzrə nizam-intizamın və daxili qaydalara riayət olunmasının təmin edilməsi

          •        Təhlükəsizlik siyasət və prosedurlarının hazırlanması və icrasına nəzarət

          •        Risklərin vaxtında aşkarlanması və qarşısının alınması üçün preventiv və operativ tədbirlərin görülməsi

          •        Struktur bölmələr üzrə planlı və operativ monitorinqlərin həyata keçirilməsi

          •        Nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi

          •        Rəhbərliyə müntəzəm hesabat və analitik məlumatların təqdim edilməsi

              Tələblər:

          •        Ali təhsil

          •        Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür)

          •        Təhlükəsizlik və daxili nəzarət sistemləri üzrə praktiki biliklər

          •        Yüksək müşahidə qabiliyyəti və operativ qərarvermə bacarığı

          •        Analitik düşünmə və risklərin qiymətləndirilməsi bacarığı

          •        Komanda idarəetmə və liderlik bacarıqları

          •        Prinsipiallıq, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik

İşin təsviri:

Daxili Nəzarət və Təhlükəsizlik Şöbəsinin Rəisi müəssisədə təhlükəsizliyin, daxili intizamın və nəzarət mexanizmlərinin effektiv təşkilinə cavabdehdir. Vəzifə nəzarət sisteminin proaktiv idarə olunmasını, risklərin operativ aşkarlanmasını və struktur bölmələr üzrə davamlı monitorinqin həyata keçirilməsini nəzərdə tutur. Şöbə rəhbəri eyni zamanda nəzarətçi heyətinin koordinasiyasını təmin edir və rəhbərliyə müntəzəm hesabatlar təqdim edir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bakıda və regionlarda ən son iş elanları və vakansiyalar www.hellojob.az vebsaytında!

Müraciət üçün e-poçt daxil et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2026

Daha çox