Satış Meneceri

Satış Meneceri

Art House Emiliana
  • Şəhər

    Bakı, Xətai pr 59

  • Kateqoriya

    Satıcı

  • Maaş

    800 - 2000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    31 yanvar 2026

  • Bitmə tarixi

    12 mart 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Vakansiya: İnteryer məhsulları üzrə Menecer–Satıcı

İnteryer sahəsində fəaliyyət göstərən şirkətimiz komandaya peşəkar, məsuliyyətli və nəticəyönümlü menecer–satıcı dəvət edir. Axtardığımız namizəd sadəcə satış edən deyil, müştəri layihəsini başlanğıcdan sona qədər idarə etməyi bacaran, satış prosesini sistemli şəkildə izləyən və uzunmüddətli müştəri əlaqələri quran şəxs olmalıdır.

🔹 Vəzifə öhdəlikləri:
    •    İnteryer məhsullarının satışı (pərdələr, mebel, qapılar, çilçıraqlar, interyer boyaları və s.)
    •    Müştərilərlə peşəkar ünsiyyət qurmaq və etibarlı münasibət yaratmaq
    •    Satış prosesini layihə prinsipi ilə idarə etmək — yalnız satış deyil, müştərinin seçimi, qərar mərhələsi və sifarişin tamamlanmasına qədər nəzarət
    •    Daxil olan bütün müraciət və müştərilərin uçotunu aparmaq
    •    Müştəriləri satış hunisi üzrə izləmək, vaxtında geri dönüş etmək və təkrar əlaqə saxlamaq
    •    Müştərini itirməmək üçün xatırlatma və izləmə sistemini düzgün idarə etmək
    •    Komanda ilə koordinasiyalı işləmək
    •    Satış planlarını yerinə yetirmək və inkişaf etdirmək
    •    Məhsullar üzrə düzgün təqdimat və məsləhət vermək

🔹 Tələblər:
    •    Yaş: 30+
    •    Cins: fərq etmir
    •    Satış sahəsində mütləq iş təcrübəsi
    •    İnteryer məhsulları sahələrindən ən az birində təcrübə arzuolunandır:
    •    pərdə və tekstil
    •    mebel
    •    qapı sistemləri
    •    işıqlandırma / çilçıraqlar
    •    interyer boyaları
    •    Dil bilikləri: mütləq
    •    Dərin satış bilikləri və satış psixologiyasını anlama
    •    Müştəri ilə tez ünsiyyət qurmaq və etibar qazanmaq bacarığı
    •    Stressə davamlılıq
    •    Layihə tipli satış prosesini idarə etmək bacarığı
    •    Komandada işləmək bacarığı
    •    Nizam-intizam və məsuliyyətlilik

🔹 İş qrafiki:
    •    Saat 09:00 – 19:00
    •    Həftədə 1 gün istirahət (şənbə və bazar istisna olmaqla)

🔹 Təklif edirik:
    •    Maaş: 800 – 2000 (nəticəyə görə dəyişən)
    •    Əlavə bonus və motivasiya sistemi
    •    Uzunmüddətli əməkdaşlıq imkanı
    •    İnkişaf və peşəkar artım mühiti

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bakıda və regionlarda ən son iş elanları və vakansiyalar www.hellojob.az vebsaytında!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2026

Daha çox