Elektrik

Aqropat MMC

 

VAKANSİYA: Elektrik (Meyvə Bağı və Soyuducu Anbar üzrə)

Müasir meyvə bağımızda və istehsal sahəmizdə çalışmaq üçün təcrübəli elektrik axtarırıq.

İş yeri: Meyvə bağı, soyuducu anbar və çeşidləmə sahəsi (Tər-Tər rayonu)
İş rejimi: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • Meyvə bağında elektrik sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək
  • Transformatorlara nəzarət, texniki baxış və təmir işlərinin aparılması
  • Elektrik açarları, çəngəl kabelləri, divardakı elektrik yuvaları və proyektorlar kimi sadə işıqlandırma qurğularını quraşdırmaq.
  • Elektrik mühərrikləri və paylayıcı şəbəkənin izolyasiya müqavimətini ölçmək və testlərini həyata keçirmək.
  • Elektrik siqnalizasiya cihazlarını quraşdırmaq və tənzimləmək.
  • İstehsalatda olan motorlara vizual nəzarət və ilkin vəziyyət qiymətləndirilməsinin aparılması;
  • Motorların sağlamlıq testi və analiz işlərinin icrası;
  • Üç fazalı elektrik avadanlıqları ilə işləmək və onları qoşub-ayırmaq bacarığı;
  • Multimetr və digər ölçü cihazları ilə peşəkar işləmək;
  • İstehsalat sahəsində avadanlıqların nasazlıqlarını müəyyən etmək və texniki cəhətdən aradan qaldırmaq;
  • Avadanlıqların elektrik sxemlərini oxumaq və təmir prosesində istifadə etmək;
  • İstehsalat avadanlıqlarının elektrik hissələrinin adlarını tanımaq, yoxlama və əvəzləmə bacarığına malik olmaq;
  • Soyuducu anbarın elektrik sistemlərinin istismarı və nasazlıqların aradan qaldırılması
  • Meyvə çeşidləmə avadanlıqlarının elektrik hissəsinə texniki xidmət
  • Yüksək gərginlikli kabellərlə işləmə və təhlükəsizlik qaydalarına tam riayət
  • Profilaktik baxışların aparılması və nasazlıqların vaxtında aşkar edilməsi

Namizədə tələblər:

  • Elektrik üzrə texniki təhsil (orta ixtisas və ya ali)
  • Elektrik ixtisas diplomu və ya sertifikatı
  • Müvafiq sahə üzrə (elektrik) minimum 2 il təcrübəsi
  • İstehsalat və sənaye avadanlıqları ilə iş təcrübəsi (üstünlünlükdür)
  • Yüksək gərginlikli sistemlərlə işləmə bacarığı
  • Transformatorda və güc xətlərində işləmə təcrübəsi
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Təhlükəsizlik qaydalarını bilməsi və tətbiq etməsi

Biz təklif edirik:

  • Stabil iş və uzunmüddətli əməkdaşlıq
  • Rəqabətədavamlı əməkhaqqı
  • Peşəkar mühit və müasir avadanlıqlarla iş
  • İnkişaf və təcrübə artırmaq imkanı

 

Maraqlanan namizədlərdən xahiş olunur CV-lərini aşağıdakı e-mail ünvanına göndərsinlər:
📧 [email protected]
📞 Əlaqə: 051 871 56 46

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bakıda və regionlarda ən son iş elanları və vakansiyalar www.hellojob.az vebsaytında!

Müraciət üçün e-poçt daxil et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Ən son vakansiyalar - İş elanları 2026

Daha çox